Maykl Ceksonun xatirəsinə verilən konsertdə Beyons vurtual çıxış edəcək

Maykl Ceksonun xatirəsinə verilən konsertdə Beyons vurtual çıxış edəcək
Oktyabrın 8-i Böyük Britaniyada Uels-Kardiff şəhərinin "Millenium" stadionunda pop-kral Mayk Ceksonun xatirəsinə həsr olunmuş böyük konsert proqramının keçirilməsi planlaşdırılır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu konsert proqramında məşhur müğənni Beyonsun da iştirak edəcəyi nəzərdə tutulub. Lakin müğənninin şəxsi iş planı həddindən artıq məşğul olduğu üçün o, şəxsən konsertdə iştirak edə bilməyəcək. Müğənninin mətbuat nümayəndəsinin sözlərinə görə, Beyons bu konsertdə çıxış etmək üçün unikal bir yol tapıb. Belə ki müğənni pop-kralın sevilən mahnılarından birini "Cekson5" qrupu ilə virtual olaraq ifa edəcək. Həmçinin konsertdə Castin Biber, Kris Braun, Kane Uest və Beyonsun həyat yoldaşı repçi Cey Zi kimi bir sıra məşhur müğənnilər iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə