Ajda Pekan somalili uşaqları üçün xüsusi mahnı oxuyacaq

Ajda Pekan somalili uşaqları üçün xüsusi mahnı oxuyacaq

Türkiyənin divası sayılan Ajda Pekan növbəti uğurlu layihəyə imza atacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Somalidə hər gün onlarla uşağın ölümünə səbəb olan aclıq fəlakətinə yardım etmək məqsədi ilə müğənni oktyabrın 1-də "KuruçeşməArena"sında 25 min nəfərlik konsert verəcək. Bununla kifayətlənməyən məşhur müğənni Somali uşaqları üçün xüsusi bir mahnı oxumağa hazırlaşır.

Sənətçi bununla bağlı artıq məşhur musiqiçilərə müraciət edib.

Qeyd edək ki, Ajda Pekan bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə Somalidə yaşayan insanları ziyarətə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə