Məşhur \"Titanik\" filmi ilə şöhrət qazanan tanınmış aktrisa Keyt Uinslet alışıb yanan imarətdən canını qurtara bildi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə aktrisa birlikdə yaşadığı dostu Luis Douler, həmçinin 10 və 7 yaşlı iki övladı ilə birlikdə Karib dənizi sahillərində olan bir adada istirahət zamanı baş vermişdi. Adada başlayan güclü fırtına küləyin sürətinin saatda 145 km-ə çatması ilə nəticələnmiş və ildırımın evi vurması ilə yanğın baş vermişdi. Daha 20 nəfərin də oluğu bu villadan insanlar qorxu və yüngül xəsarətlərlə xilas olublar. Evə gəldikdə isə imarət tamamilə yanıb sıradan çıxıb. "Virgin Records" şirkətinin təsisçisi Riçard Brensona aid bu imarətin yaxın vaxt ərzində təmir olunacağı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB