Model Nigar Talıbova müğənnilik sevdasına düşərək albom buraxır

Model Nigar Talıbova müğənnilik sevdasına düşərək albom buraxır
Türkiyədə model kimi fəaliyyət göstərən həmyerlimiz Nigar Talıbovanın müğənnilik sevdası hər kəsə bəllidir. Elə bu sevdasından vaz keçməyən model bəstəkar Gövhər Həsənzadə ilə iş birliyinə imza atıb. Bu barədə SİA-ya bəstəkarın mətbuat katibi Ceyran Nəriman məlumat verib. Onun sözlərinə görə, simalar bir araya gələrək albom üzərində çalışırlar. Gövhər xanımın mahnılarının beşliyindən ibarət albom başa çatmaq üzrədir. Lentə alınan mahnıların hər biri canlı orkestrin müşayiəti ilə yazılıb. Albomda yer alacaq mahnıların sözləri Fərhad Şabranlı, Ayışə Yılmaz Birgül və Gövhər Həsənzadəyə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə