Könül Kərimova niyə depressiyaya düşmüşdü?

Könül Kərimova niyə depressiyaya düşmüşdü?

"Bir könüldən" verilişindən başqa yerli verilişlərdə görünməyən müğənni Könül Kərimova bir zamanlar şəxsi həyatında problemlər yaşadı, depressiyaya düşdü. SİA-ya açıqlama verən müğənni məsələni özünəməxsus şəkildə izah etdi: " Mən hər şeyi ürəyimə çox yaxın buraxıram. Bəlkə də başqa birisi üçün bu, o qədər də ağır olmazdı. Ailə həyatımda bir balaca problem var idi. Yaxınlarımla incikliyim yaranmışdı. Onun əziyyətin çəkirdim. Mənə yaxın olan bəzi insanlar da soruşurdu ki, Ay Könül, nə olub ki? Deyirdim bəs, belə bir problem olub, deyirdilər ki, burda nə var ki, bu qədər sıxılırsan? Sadəcə, mənimçün bunu qəbul etmək çətin idi. Nə bilim vallah, mən evdə kiminsə qanının qara olmasını görmək istəmirəm. Ən ağırı isə odur ki, mənim əziyyətimi, ailəm üçün bir qadın kimi hər ağırlığın altına girərək pul qazanmağımı qiymətləndirməyəndə mənə ağır gəlir. Axı zəhmət çəkirəm, ailəmin yaxşı dolanmasını istəyirəm. İstəyirəm ki, evimə girəndə rahat nəfəs alım, üzüm gülsün. Ancaq mən evimə girəndə problemlərlə qarşılaşırdım. Əməlli-başlı evimdən küskün düşmüşdüm. İnanın ki, ayağımı evə qoymaq istəmirdim. Yenə deyirəm, bəlkə də başqa ailələrdə bu problem, bu qədər ağır qəbul olunmazdı. Ancaq mənim üçün qəbulolunmaz idi. Çünki mən həmişə çalışmışam ki, ailəm ən azı, rahat olsun, maddi problemləri olmasın, sıxıntı çəkməsin. Hətta övladlarıma da bağışlamaram ki, çəkilən əziyyəti qiymətləndirməsinlər. Biz bir-iki ilin ailəsi deyilik axı. Ömrümün yarısını yaşamışam, indi mənim belə problemlərdən danışan vaxtım deyildi".

Qeyd edək ki, müğənninin tez-tez depressiyaya düşdüyü deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə