Hindistanda doğulan bu qızcığaz həkimləri şoka salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Lakşmi Tatma dünyaya siyam əkizi kimi gəlib. Onun başsız qardaşı bədəninə bitişərək hörümçək şəkli alıb.
Bəzi kənd sakinləri üçün Lakşmi sağlamlıq simvolu idi. Hər kəs onu bəşəriyyət möcüzəsinə bənzədirdi. Digərləri isə ona sadəcə hörümçək deyə səslənirdilər.
Uşaq nə yeriyə, nə otura, nə də dura bilirdi. Həkimlər əmin idilər ki, uşaq tezliklə əməliyyat olunmasa dünyasını dəyişəcək. Ancaq kasib ailənin bu cür bahalı əməliyyata pulu çatmırdı. Əlini həyatdan üzmüş ailə möcüzə ilə rastlaşdı. Belə ki, iki il öncə savadlı və imkanlı bir həkim qızdan xəbər tutaraq əməliyyatı özü etdi. Təmənnasız əməliyyat 27 saat çəkdi. Uğurla başa çatan əməliyyatda əkizləri ayırdılar. İndi Lakşmi rahat yaşayır. O, hətta məktəbə də gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB