“Mən saqqız deyiləm”

Azərbaycan şou-biznesində "Saqqız" mahnısı ilə populyarlaşan "N brothers" pop-qrupunun eks solisti Emil Bədəlov ona "Saqqız Emil" deyə müraciət edənlərə SİA vasitəsi ilə cavab verdi: "Doğrudur, məni tamaşaçılara sevdirən "Saqqız" mahnısı olub. Amma bu o demək deyil ki, "Saqqız" təxəllüsünü özümdə daşımalıyam. Mən saqqız deyiləm".

Yayın qızmar günlərində istirahət bilmədən çalışdığını söyləyən Emil növbəti dəfə maraqlı konsert layihəsi ilə çıxış etməyi də düşünür: "Özümə yetərincə tamaşaçı auditoriyası toplayacağımı düşünürəm. Yəqin ki, məqamı yetişəndə ilk solo-konsert vermək haqqında da düşünəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə