Hər bir ana kimi Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva da qızını yaman çox istəyir. SİA-ya açıqlamasında rəqqasə verdiymiz sualdan yayınaraq qızından danışmağa başladı: "O, mənim fanatım deyil. Biz onunla tamamən əks insanlarıq. Çox kaprizli qızdır. Amma buna baxmayaq, biz onunla rəfiqəyik. Mən hər zaman çalışıram ki, Aydan məndən uzaqlaşmasın. O tək uşaqdır, çalışıram ki, eqoist böyüməsin. Mən çox şən, deyən-gülən insanam. Amma o, əksinədir. Onun 15 yaşı var. Mən onun yaşında ərə getmək barədə fikirləşirdim. O yaşda sevmişəm və ailə qurmuşam. Ancaq Aydan başqa fikirlərlə yaşayır. Dərs, karyera qurmaq barədə düşünür. Əslində onun fikri burada deyil, xaricdə ali təhsil almaqdır. Düzü, Praqada oxuyub, diplomat olmaq istəyir. Düzünü desəm, onun plastikası məndən də güclüdür. Onu heç kim görməyib və heç kim də görməyəcək. İnan ki, o, məndən gözəl oynaya bilər. Özü ətli qızdır, amma elə bil sümüyü yoxdur. Bədənin hansı nahiyəsini desən, asanlıqla o birisinin yerinə aparıb qoyur (gülür). Bizdə rəqqasə Sevda var ha, bax onun necə plastikası var idi, Aydan da belədir. Aydanın atası da istedadlı idi, anası da göz qabağındadır. Ancaq mən heç vaxt onu özüm tərəfə çəkmək istəməmişəm. Çünki onun arzusu diplomat olmaqdır. Məndə bu işdə ona kömək olacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB