İlahə İbadova: “Paxıllıq ailəmizi dağıtdı”-AÇIQLAMA

İlahə İbadova: “Paxıllıq ailəmizi dağıtdı”-AÇIQLAMA

"Xalq ulduzu" mahnı yarışmasının ən yadda qalan iştirakçılarından olan İlahə İbadovanın həyat yoldaşından ayrıldığı sirr deyil. SİA-nın suallarına tuş gələn İlahə açıqlamasında həyat yoldaşını sevdiyini etiraf etdi: "Həqiqətən sevərək ailə qurmuşdum. Ancaq bu sevgini mən söndürmədim. Qarşı tərəf söndürdü. İndi artıq nəsə demək istəmirəm. Düşünürdüm ki, seçimimdə düzgün addım atıram. Hesab edirdim ki, o da sənət adamıdır, məni daha yaxşı başa düşər. Biri-birimizə dəstək olarıq. Sənət adamlarının şəxsi həyatları heç də asan deyil. Bunu çox sənətçilərin dilindən eşitmişdim. Ona görə də mənə elə gəlirdi ki, o məni başa düşəcək. Çünki o da müğənni idi. Bizim ailəmizdə sənət rəqabəti başladı. Daha doğrusu paxıllıq ailəmizi dağıtdı. Kiminin ailəsi qısqanclıq üzündən dağılır, bizim ailədə isə yenə də deyirəm, əməlli-başlı rəqabət gedirdi.


Müsabiqədən sonra mənim yaradıcılığımda uğurlar ardıcıl təkrarlandı. O da bunu həzm edə bilmirdi. Məni hansısa verilişlərə çağırırdılar, toylarda, el şənliklərində iştirak edirdim. Elə hər şey də bundan başladı. Deyirdi ki, \"məni niyə çağırmırlar, mən də o verilişdə iştirak etmək istəyirəm\". Hər şey göz qabağında idi.


Həqiqətən, qısa zamanda çox tanındım. Bir çox yeni layihələrə imza atdım. Sağ olsun, telekanallar da verilişlərə tez-tez dəvət edirlər. O, bunları görəndən sonra tamamilə dəyişdi. Sanki başqa bir insan oldu. Bir müddət səbr etdim, fikirləşdim ki, düzələcək. Ancaq hər gün daha da münasibətlər kəskinləşdi. Hətta onun valideynləri belə mənim üzümə dedilər ki, niyə sən qabağa gedirsən, mənim oğlum getməməlidir?


Yəni ailədə olan sənət rəqabəti o qədər böyüdü ki, çirkin şəkil aldı. Mən də artıq bu iyrənc həyatı yaşamaq istəmədim. Bəlkə də deyəndə çox asan səslənir, ancaq bir insanın ki, həyat yoldaşı ona paxıllıq edə, uğurlarına sevinmək əvəzinə, işlərinə pəl vurmağa çalışa, bundan sonra bir yerdə yaşamağa dəyərdimi?

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB