Gənc müğənni: “Elə olub ki, yagışın altında 3 saat qalmışam”

Gənc müğənni: “Elə olub ki, yagışın altında 3 saat qalmışam”

Müğənni Leyla Ramazanlı hər zaman gündəmdə olmasa da, bahalı klip çəkdirən müğənnilər sırasında adı hallanır. Müğənninin iddialarına görə, hər zaman keyfiyyətli məhsula üstünlük verir. Leylanın albomları da baha başa gəlir. Elə bu məsələ ilə bağlı SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, yerli müğənnilər ucuz klip çəkdirmək istəyirlər: "Mən çox baha deməzdim. Bizim mügənnilərimiz istəyirlər həm qəşəng, professional klip olsun, həm də çox ucuz başa gəlsin. Çox vaxt belə olmur. Mənim kliplərim isə lap çox bahalı olmur. Çox gözəl, zövqlü və professional olur. Kliplərimi bacım Xavər çəkir. Türkiyədə klipmeykerlik üzrə kurs keçib. Onunla işləmək mənə çox rahatdır. Mən öz tamaşaçıma səviyyəli və zövqlü iş vermək istəyirəm. Bunun üçün çox çalışıram, elə olub ki, yagışın altında 3 saat qalmışam, duz gölündə ayagım batıb oradan zorla çıxarıblar. Əsas maddiyyat yox, işini sevib fədakarlıq etməkdir.

Müğənni şanslarından da söz açdı: "Artıq 4 ildir ki, sənətdəyəm. Bu, bir tərəfdən də qismət məsələsidir. Uşaqlığım, yeniyetməlik illərim bu sahədə keçib. Rəqsə getmişəm, vokalla, rəsmlə məşğul olmuşam. 7 yaşımdan Azərbaycanı dünyanın bir çox ölkələrində, ən böyük möhtəşəm saraylarında təmsil etmişəm. Həyatım bu günədək yaradıcılıqla keçib. Mənim sevgim, marağım öz işimədir. Təbii ki, şans əsasdır. İnsanlar tərəfindən sevilmək hər kəsə nəsib olmur. Mən çox sevinirəm ki, mənim mahnılarımla özünə təsəlli tapan insanlar var, çox sevinirəm ki, mahnılarımı və kliplərimi tanıyırlar, mənə hörmət edib sevirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə