Hər kəsə məlumdur ki, Türkiyənin superstarı Ajda Pekkan xalq artisti Aygün Kazımovanın \"Yenə tək\" mahnısına müraciət edib. Azərbaycanda dillər əzbərinə çevrilən mahnı qısa müddətdə Türkiyədə də sevilib. Xalq artisti Aygün Kazımova SİA-ya açıqlamasında superstarın onun mahnısını ifa etməsinə münasibət bildirib: "Ajda Pekan kimi simanın mənim repertuarımdan mahnı oxumasına çox sevindim. O, mahnıya elə Ajda kimi yanaşıb. Bir çox türk müğənniləri bizim mahnılarımızı ifa edib müəlliflərinin adını açıqlamır. Ancaq Ajda Pekkan son albomunda yer alan \"Yenə tək\" mahnısının müəlliflərinin anonim olmayaraq göstərilməsi ilə bir daha əsl peşəkar olmasını sübut etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB