Bu gün 11 yaşlı azərbaycanlı müğənni Yasin Həsənov mətbuat nümayəndələri ilə görüş keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransının səbəbi Yasinin Vitebskdə keçirilən "Uşaq Slavyan bazarı" müsabiqəsində Azərbaycana ikinci yer qazandırması olub.
Mətbuat konfransında Yasinlə bərabər Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova, Mədəniyyət kanalının Vitebskə ezam olunmuş xüsusi muxbiri Zakir də iştirak edirdi.
Jurnalistlərlə uğurunu bölüşən Yasinin sözlərinə görə, münsiflər heyəti onu birinci pilləyə layiq görsələrdə sonda qalibiyyət Rumıniyaya qismət oldu: "Söhbət 5 min avrodan gedirdi. Qalib gələn ölkə bu məbləğə sahib olurdu. Rumıniyanın pula daha çox ehtiyacı olduğu üçün onlara verildi. Mənə isə 1000 avro verdilər".
23 ölkənin iştirak etdiyi müsabiqədə Yasin iki mahnı ifa edib. O, mərhum Müslüm Maqomayevin "Azərbaycan" və məşhur "Camayka" mahnısını ifa edib.
Mətbuat konfransında iştirak edən Yasinin anası Rəna xanım bildirib ki, Yasın müsabiqə zamanı Almaniya, Fransa və İtaliyadan yeni təkliflər aldı.
Konfransın sonunda Yasin jurnalistlərə söz verib: "Ən böyük arzum Azərbaycanı uşaq "Eurovision"unda layiqincə təmsil etməkdir. Sizə söz verirəm ki, bunu mütləq edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB