Samir Bağırov: “Onun mənim haqqımda xoşagəlməz sözlər deməyə nə haqqı var?” - AÇIQLAMA

Samir Bağırov: “Onun mənim haqqımda xoşagəlməz sözlər deməyə nə haqqı var?” - AÇIQLAMA

Uzun sürən depressiyadan sonra yenidən səhnəyə qayıdan müğənni Samir Bağırov həmkralarından narazı olduğunu bildirib. Müğənni iştirak etdiyi məclislərdə ona xoş gəlməyən sözlər eşitdiyini deyib. Həmkarları Samiri görəndə təəccüblə hədsiz dərəcədə kökəldiyini bildirirlər. Bu isə müğənniyə xoş gəlmir: "Kökəldiyimi özüm də bilirəm. Bunu təəccüblə üzümə söyləmələrini həzm edə bilmirəm. Arıqlamaq üçün qidama diqqət yetirirəm. Son aylar bir qədər çəki ata bilmişəm".

Əksər həmkarları ilə isti münasibət qurmadığını etiraf edən Samir deyib ki, ona irad tutanlar da məhz belələridir: "Mənim şou-biznesdə dostlarım çox azdır. Hər insanla isti münasibət qurmuram. Bəzi insanlar mənə nəyisə irad tutanda əsəbləşirəm ki, onun mənim haqqımda xoşagəlməz sözlər deməyə nə haqqı var?".

Bütün xəbərlər Facebook səhifəmizdə