İlahə İbadova: “Kamera xatirinə ana-atalarını bir günlük bəzəyib-düzəyib efir çıxaranları da tanıyıram” - AÇIQLAMA
"Xalq ulduzu" mahnı müsabiqəsinin yadda qalan iştirakçısı, xanəndə İlalə İbadova keçmişini yada saldı. SİA-ya açıqlama verən ifaçının sözlərinə görə, əvvəllər o, daha yaxşı yaşayıb: "Mənim həyatımda çətin günlərim çox olub. Baxmayaraq ki, ailəmiz əvvəllər imkanlı olub. Atam vəzifəli insan olduğundan həmişə imkanımız əla olub. Sonra elə oldu ki, atamı itirdik, çətinliklərimiz başladı. Qaldı efirdən evimin kasıb görüntülərini göstərmələrinə, mən bununla həmişə fəxr etmişəm. Sənətdə elə insanlar var ki, onları görəndə nifrət edirəm. Çünki ana-atalarını kamera qarşısına çıxarmağa utanırlar. Sən axı o ananın qarnından çıxmısan. Ondan nə cür utana bilərsən? Ya da kamera xatirinə ana-atalarını bir günlük bəzəyib-düzəyib efir çıxaranları da tanıyıram. Onların adını çəkmək istəməzdim. Camaat yaxşı bilir, kimin əvvəli necə olub. Qaldı əgər anan-atan kasıbdırsa, bundan utanmaq lazım deyil. Əgər mənim qızım da gələcəkdə belə bir iş tutsa, inanın ki, südümü ona halal etmərəm. Övlad valideynlərindən necə utanar? Qaldı indiki evimə, şükür Allaha, düzəltmişəm, yaxşı evim var. Anam indi də mənə qıymır ki, deyir uşağın var, onun sabahını düşün. Sözün düzü, evin bazarlığını mən etmirəm. Hərdən olur ki, həvəsim gələndə bazarlığa özüm gedirəm. Toydan gətirdiyim pulu da anama verirəm. Mənə də lazım olanda anamdan borc alıram, deyirəm ki, mənə borc ver. Yenə də deyirəm, xərclədiyim pulları yığsaydım, ən son model 300 minlik maşında oturardım, üç-dörd mərtəbəli villam olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB