Məşhur müğənni səhnəni tərk edir

Məşhur müğənni səhnəni tərk edir

Rusiyanın tanınmış müğənnisi Anjelika Varum səhnədən gedir. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, o, fanatları ilə vidalaşır. Bu barədə müğənni jurnalistlərə açıqlamasında deyib. Varum səhnəni tərk etmək arzusunda olduğunu dilə gətirib.

Buna səbəb isə onun ailəsidir. Varum düşünür ki, qızına və həyat yoldaşı, tanınmış müğənni Leonit Aqutinə daha çox vaxt ayırmalıdır.

Vurğulmaq yerinə düşər ki, Varumun yaradıcılığında heç bir yenilik olmadığı üçün ondan vida turu da gözləməyə ehtiyac yoxdur.

Qeyd edək ki, müğənni Mayamiyə köçməyi planlaşdırır. Varum düşünür ki, məhz Mayamidə o ailəsinə istədiyi qədər vaxt ayıra biləcək.

Xatırladaq ki, müğənnin ilk debut konserti 1990-ci ildə baş tutub. Onun peşəkar səhnəyə gəlişi də elə o dövrdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə