Uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan məşhur teleaparıcısı Nərgiz Cəlilova son zamanlar bir neçə parlaq teleaparıcıların ortaya çıxdığını deyib. SİA-ya açıqlama verən Nərgiz xanım parlaq aparıcılar arasında Emin Musəvi, Zaur Baxşəliyev, İlkin Həsəni, Saleh Bağırov, Kamilə Babayeva, Nanə Ağamaliyeva, Tural Əsədov və İdris Cəfərovun adlarını çəkib.
Bununla yanaşı, N.Cəlilova adını çəkdiyi teleaparıcılarda bəzi çatışmazlıqların olduğunu da düşünür. Məsələn, o hesab edir ki, Zaur Baxşəliyevin istiqamətləndirilməsinə ehtiyac var: "Ona yol göstərən yaxşı redaktora ehtiyac var. Zaur dili və manerası üzərində işləməlidir. İlkin Həsəniyə gəlincə, ondan əsl peşəkar aparıcı hazırlamaq olar. İlkinin problemi "maqazin" verilişlərində çox ilişib qalmasındadır. Artıq o, özünü digər layihələrdə, digər istiqamətlərdə sınamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB