Azərbaycanlı müğənni: “...sonra onları kiminsə qucağında görürlər”- AÇIQLAMA

Azərbaycanlı müğənni: “...sonra onları kiminsə qucağında görürlər”-  AÇIQLAMA

"Yeni ulduz" mahnı müsabiqəsinin yaddaqalan iştirakçılarından olan gənc müğənni Sevinc Musayeva namaz qılan ifaçılar sırasındadır. Nəzərə alsaq ki, dində oxumaq ,yəni müğənni olmaq günah sayılır, onda yerli ifaçılar xeyli günah qazanıblar. SİA bu sualla adıçəkilən xanım ifaçıya müraciət etdi. Sevinc özünəməxsus şəkildə cavab verdi: "Hesab edirəm ki, onlar bir-birinə mane olmur. Çox qadın müğənni görmüşəm ki, dindar olduqlarını bəyan ediblər, amma bu bəyanatlarla əsla uyğun olmayan formada geyinirlər və adları da dindarlığa uyğun gəlməyən yerlərdə çəkilir. Adamların yanında onlar kişilərlə əl verib görüşmürlər, amma ... sonra onları kiminsə qucağında görürlər. Üstəlik, yaradıcılığımda məni 40 ildən bəri namaz qılan atam dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə