- Hazırda şou-biznesdə daha çox adları çəkilən rəqqasələrimiz Məryəm Süleymanova, Fatimə Fətəliyeva və sənsən. Siz - üç rəqqasə bir-birinizə rəqibsiniz?
- (fikirləşir) Mənim onlarla rəqabətim yoxdu. Çünki Məryəm xanım çox gözəl insan və rəqqasədir. O, respublikanın əməkdar artistidir və milli rəqslərimizin peşəkar ifaçısıdır.
Fatimə də milli, hind və bir neçə xalqların rəqslərinin ifaçısıdır. Mən isə yalnız hind rəqsləri oynayıram. Əgər mən də bir neçə xalqların rəqslərini oynasaydım, bəlkə də onlara rəqib gözü ilə baxardım. Amma rəqabət aparmıram. Artıq 21 ildir ki, hind rəqsləri ilə məşğulam. Ona görə də düşünürəm ki, aramızda rəqabət olmalı deyil.
- Bəs Məryəm Süleymanova və Fatimə Fətəliyevanın necə, sənə qarşı rəqabət hissi varmı?
- Bir neçə rəqqasə tərəfindən alqışlanmışam. İlk öncə, xalq artistimiz Təranə Muradovaya minnətdaram. Çünki Azərbaycana gələndə heç kimin yanına deyil, Təranə xanımın yanına getdim. Dedim ki, Təranə xanım, mən sizin pərəstişkarınızam. O, məni çox dəstəklədi və dedi ki, Oksana, hind rəqslərini çox yaxşı bacarırsan, davam etdir. Hətta onu da dedi ki, özünü bəzi şou-biznes nümayəndələrindən qoru. Həmişə tərəzini nizamda saxla!
Bundan başqa, oriyental rəqslərin ifaçısı rəqqasə Sevda və Aytən də mənə dəstək olanlar sırasındadırlar. Amma bir-iki rəqqasə var ki, onlar məni alqışlamırlar. Bu, onların öz işləridir.
- Azərbaycanda rəqs inkişaf edir?
- Azərbaycanda rəqs sənətində inkişaf var, ölkəyə ilk dəfə gələndə gördüm ki, milli rəqslərimiz çox sevilir. Milli rəqslərimiz başımızın tacıdır. Mən də istərdim ki, repertuarımda milli rəqslər olsun, necə ki var. Sadəcə olaraq hamı məni hind rəqslərinin ifaçısı kimi tanıyıb. Bəzi hallarda mənə deyirlər: xeyir ola, hind rəqsləri oynayırsan?! Azərbaycandasansa, Azərbaycan rəqsləri oyna! Düz də deyirlər. Niyə də axı, milli rəqslərimizi oynamayım?! Dünyada bir çox xalqların rəqsləri üzrə beynəlxalq müsabiqələr var. Məsələn, hind, ispan və s. Niyə Azərbaycanda əcnəbi xalqların rəqslərini oynayan rəqqas, beynəlxalq festivallarda iştirak etməsin?! Bəlkə elə birinci oldu? Bu mənada, 2009-cu ildə Moskva şəhərində "Divali" müsabiqəsində iştirak edirdim. Dünyanın 14-ə yaxın ölkəsinin qoşulduğu, 7 nəfərdən ibarət peşəkar münsiflər heyətinin olduğu müsabiqədə mənim iştirakımla Azərbaycan birinci oldu.
- Bəlkə bir azda toyun barədə danışaq?
- Mən və Elşad bu barədə kimə açıqlama vermişik ki, sentyabrda toyumuz olacaq? Biz demişik ki, inşallah, hər şey buna doğru gedir. Amma biz toyun tarixini, ayını deməmişik. Qohum-əqrəba zəng edib Elşadı, məni təbrik edirlər, deyirlər ki, sentyabrda toyunuzdur, xeyir ola, bizi çağırmırsan? Bizi yaddan çıxarmayın ha! Nə bilim, biri deyir ki, toyunu mən aparmaq istəyirəm… Bizim ağzımızdan çıxmayıb ki, sentyabrda bizim toyumuz olacaq. Bir sözlə, aləm bir-birinə dəyib...
- Sizcə günah kimdədir? Jurnalistlərdə?
- Bilmirəm, mən başa düşürəm, müxbirlərdir… Bizim hörmətimiz var. Amma belə səhvlərə yol vermək düzgün deyil axı! Müsahibəmizdə necə dedik?! Dedik ki, iki-üç qlobal şeylər var, onları həll etməliyik ki, toy olsun. Sonra da dəvətnamələri kimə lazımdır ona da göndərəcəyik. Onları biz həll edə bilməmiş, toy ola bilməz. Qeyri-mümkündür!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB