Mister Tolikin sevimli Röyası – FOTOSESSİYA

Mister Tolikin sevimli Röyası – FOTOSESSİYA

Azərbaycanın məşhur prodüsserlərindən olan Mister Tolik ləqəbli Tarix Əliyev uzun illərdir, yerli şou-biznesdə fəaliyyət göstərir. SİA-nın məlumatına görə, prodüsser bir çox müğənnilərlə iş birliyinə imza atıb. Bu sıralarda Xuraman Şuşalı, Rəqsanə İsmayılova, Natəvan Həbibi və başqalarını göstərmək olar.

Ancaq Tolikin sevimli bir müğənnisi var ki, kimlə də iş birliyi qursa, yenə də onunla birləşir. Söhbət təbii ki, yerli şou-biznesin ən tələb olunan müğənnilərindən olan Röya Ayxandan gedir. Məhz Röya Tolikin prodüsserlik karyerasının ən sevimli işidir: "Röya mənim üçün adi müğənni deyil. O, həm də mənim sevimli xanımlarımdan deyərdim ki, birincisidir. Neçə dəfə onunla iş birliyinə son qoysaq da yenidən yollarımız birləşib. Mən bir çox prodüsserlər görmüşəm ki, müğənni ilə işləyəndə onu hər yerdə tərifləyirlər. Ancaq iş birliyinə son qoyduqdan sonra onun dalınca danışırlar. Mən isə heç vaxt işlədiyim müğənni ilə iş birliyinə son qoyandan sonra onu əleyhinə bir kəlmə belə danışmıram. Başda da Röya olmaqla",-deyə Tarix bildirib.

Qeyd edək ki, Toliklə Röya hazırda daha çox dost münasibətlərindədirlər. Röyanın prodüsseri Kənan Bayramov olsa da onlar hər zaman Toliklə birlikdə görünürlər.

Vurğulamaq yerinə düşər ki, prodüsserə Tolik ləqəbini məhz Röya verib.

Bütün xəbərlər Facebook səhifəmizdə