Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan hər zaman qeyri-adi konsertlərlə tamaşaçıları təəccübləndirə bilib. Müğənni ötən il qonşularına konsert verəcəyini əminliklə söyləmişdi. Lakin əldə etdiyimiz məlumata görə, Elza konserti reallaşdıra bilmir. "Elzanın qonşuları" adlı konsert baş tutmayacaq. SİA-ya açıqlamasında müğənni bunun səbəblərindən danışdı: "Bu konsertə böyük önəm veridiyim üçün tələm-tələsik iş görmək istəmirəm. Konsert maraqlı məqamlarla, səhnəciklərlə, sürprizlərlə zəngin olmalıdır. Bütün bunlara da vaxt lazımdır. Mən bütün qonşularımı, fərqi yoxdur, köhnə, ya təzə, hamıya böyük dəyər verdiyimdən maraqsız konsertlə vaxtlarını almaq istəmirəm. Səbrli olun, inşallah hər şey yaxşı olacaq. Əslində çox istərdim tez baş tutsun, amma son zamanlar bir neçə telelayihəyə dəvətlər aldım. Türkiyədə, Dağıstanda, Rusiyada verdiyim konsertlər və telelayihələrdə iştirakım üzündən qonşularıma verəcəyim konsertimi reallaşdıra bilmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB