Elton Hüseynəliyev şou-biznesdə olan “kişilər”dən söz açdı - AÇIQLAMA

Elton Hüseynəliyev şou-biznesdə olan “kişilər”dən söz açdı - AÇIQLAMA

Azərbaycanın tanınmış müğənnilərindən olan Elton Hüseynəliyev şou-biznesdə olan "kişilər"dən söz açıb. SİA-ya açıqlama verən Eltonun sözlərinə görə, hazırda səhnədə mavilər çoxluq təşkil edir: "Bu gün bir çoxları bəhanə edir ki, "mən belə doğulmuşam". Xeyr, heç kim belə doğula bilməz. Ona sadəcə çevrilən insanlar var. Bu reallıqdır ki, belə simalar bizim millətdə də var. Belələri sadəcə özlərini gözdən salırlar. Elələri var ki, açıq və aşkar, heç kəsdən çəkinmədən bunu etiraf edirlər. Bu da düzgün deyil. Ümumiyyətlə, elə insanları qəbul etmirəm. Kimlərsə o cür insanları kəskin şəkildə tənqid, hətta təhqir edir. Ya deyirlər, dəlidir, ya deyirlər xəstədir. Etiraf etmək lazımdır ki, bu gün "mavilər" efirdə çoxluq təşkil edir. Amma onların içərisində elələri var ki, tam uçuruma getməyiblər. Tövsiyə edərdim ki, gec olmamış qayıtsınlar. Çünki biz heyvan deyilik. Allah bizi insan kimi yaradıb".

Müğənninin sözlərinə görə, insanın ən zəif cəhəti onun nəfsidir: "Bizim elə gənclərimiz var ki, baxıb fərəhlənirəm. Amma bəzi gənclərin hərəkətləri adamı çaşdırır. Qadın kimi danışırlar. Mən belə şeyləri başa düşmürəm. Yəni nəfsə qalib gəlmək bu qədərmi çətindir? Bilirsiniz, bizi yaradan Allahdır və onun hər şeydən xəbəri var. Bu isə bir azğınlıqdır, insanın üsyanı deməkdir. Bizimkilər deyir ki, "Uy da, nə gündəsən sən, boyunu yerə soxum". Mən bunları qəbul etmirəm. Bu cür insanlar bir qırağa qalsın. Normal həyatda kimsə kiminləsə görüşürsə, biz onları da qınayırıq. Və ya kimsə ailə qurursa, ona da gülürük. Özü bilər-Allahı bilər. Biz birinci növbədə özümüzü düzəltməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə