Bəhrəm Bağırzadənin “Facebook” qeydləri - FOTOSESSİYA

Bəhrəm Bağırzadənin “Facebook” qeydləri - FOTOSESSİYA

Planeta Parni iz Baku KVN teatrının ən görkəmli üzvlərindən biri tanınmış aktyor Bəhrəm Bağırzadə də bütün tanınmışlar kimi "Facebook" sosial şəbəkədən istifadə edir. SİA-nın məlumatına görə, aktyor asudə vaxtınının hamısını orada keçirməsə də zaman-zaman baş çəkir.

Aktyorun nə az, nə çox düz 2557 min dostu var. Bəhrəmin şəxsi səhifəsində onun haqqında dərc olunan bütün yazılar yer alıb. Bununla yanaşı aktyorun səhifəsində onun dostları, həmçinin sənətinə pərəstiş edən insanların qeydləri və ürək sözləri yazılıb.

Nədənsə Bəhrəm status, fikir yazmaq sahəsində o qədər də fəal deyil.

Bir maraqlı məqam gözümüzdən qaçmadı. Aktyorun şəxsi şəkilləri olan yerdə yeni fotoları deyil, məhz köhnə KVN vaxtında çəkdirdiyi şəkilləri yer alıb. Odur ki, sizə onun şəkillərinin bəzilərini təqdim edirik ki, bu əfsanəvi KVN-çiləri siz də xatırlayasınız.

Bütün xəbərlər Facebook səhifəmizdə