Azərbaycanlı müğənninin mahnısı reyting qırır - FOTO

Azərbaycanlı müğənninin mahnısı reyting qırır - FOTO

Gənc ifaçı Günay İbrahimlinin "İzlər" mahnısı reyting qırır. Günayın mətbuat katibi Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, son günlərdə dinləyici kütləsi yığan "İzlər" mahnısı qısa müddət ərzində ən çox dinlənilən radiolar arasında "Milli Top 10"luğa düşüb.

Musiqisi Pərviz Mahmudova, sözləri Leyliyə məxsus mahnı 103.3 (Araz Fm) Dj Rəşadın təqdimatında, 104 (Space Fm) Dj Gülnar və Dj İlahənin təqdimatında, 106.3 fm Dj Rüfətin təqdimatında olan "Milli Top 10"ğa daxil olub.

Günay mahnının bu qədər uğurlu olacağını düşünməyib. Müğənni ümüd edir ki, mahnı adıçəkilən radio dalğalarında səslənən "Milli Top 10"un ilk 3-lüyünə düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə