Bu gün Sevda Yahyayevanın solo konserti olacaq

Bu gün Sevda Yahyayevanın solo konserti olacaq

Bu gün məşhur müğənni Sevda Yahyayevanın solo konsert keçiriləcək. SİA-nın məlumatına görə, müğənni 600 nəfər qarşısında çıxış edəcək.

Sevda fanatlarının qarşısına böyük konsert salonunda deyil, \"Neolit\" restoranında çıxacaq.

Əldə etdiyimiz məlumata görə, müğənnin keçmiş dostları onun konsertinin alınmamasını istəyirdilər. Sevdanın iddialarına görə, internetdə onun əleyhinə sifarişli yazılar dərc olunur: "Mən bilirəm bu yazılar kimin sifarişidir. Adam Allahsız iş görməz. Deyirlər ki, güya mənim konsertimin biletləri satılamayıb. Güya bu günki konsert mənim solo konsertim deyil, sadəcə şou-proqramdır. Bu, yalandır. Orada mənim konsertimdir. İki saat səhnədə olacağam. Orada iştirak edən müğənnilər isə mənim istədiyim insanlar olacaq. Allahımıza and olsun ki, 600 dənə biletdən 500-ü satılıb. Qalanını isə öz istəyimlə dəvətnamə etmişəm. Qoy o sözü deyən şəxslər gəlib bu günki konsertdə iştirak edib, öz gözləri ilə hər şeyi görsünlər. Niyə insanlar üçün kiminsə yolunu bağlamaq bu qədər asandır? Allahdan qorxmurlar? Axı mən heç kimə pislik etməmişəm. Mən bu konsertə böyük həvəslə razırlaşıram".

Qeyd edək ki, "Yuxu" adlı konsert bu gün saat 20:00-da \"Neolit\" restoranında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə