Uzun illərdir, səhnədə olan, Azərbaycan estrada musiqisinin əvəzolunmaz ifaçılarından sayılan Təranə Vəlizadə illər ötməsinə baxmayaraq öz cazibədarlığını qoruyub saxlayır. SİA-ya açıqlama verən Təranə xanım bunu necə bacardığından söz açıb: "Çirkin qadın yoxdur, sadəcə, özünə fikir verməyən qadın var". Bu sözün hikməti bütün suallara cavab verir. Mən sadəcə səhhətimin qayğısına qalıb, normal qidalanmağa çalışıram. Amma mənim əsl sirrim isə səsimin sehri ilə əlaqədardır. Təvazökarlıqdan uzaq səslənməsin, bəlkə müğənni olmasaydım, ailəm və qohumlarımdan başqa heç kimin gözünə yaraşıqlı xanım kimi görünməzdim. Məhz sahib olduğum sənət məni milyonların içindən seçdi və Allahın köməyi ilə bu gün də tələb olunan sənətçilər arasındayam. Fikrimcə, bundan böyük xoşbəxtlik yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB