...Bu yaxınlarda Alsu rəsmi olaraq “azad qadın olub”. Belə ki, 18 illik evliliyindən sonra o, qızları Safina və Mikella, oğlu Rafaeli dünyaya gətirdiyi iş adamı Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət etdi və boşanıb
SİA-nın əldə etdiyi məlumata görə, müğənni Alsu ilə dəbdəbəli toyundan qısa müddət sonra başqa qadınlarla flört etməyə başladığı iddia edilən ərinin xəyanətinə dözməkdən yorulub.
Şayiələrə görə, məşhur sənətçinin səbr kasasında son damla Yan Abramovun reper Timatinin keçmiş sevgilisi model Anastasiya Reşetova ilə münasibəti olub.
Bununla belə, Reşetovanın özü, birbaşa təkzib etməsə də, Abramovla romantik əlaqəni təsdiqləmir.
Deməli, bir gün əvvəl, sentyabrın 12-də ALEKÓ MY BAG-da verilişində, o, xəbərlərdən sonra ətrafında yaranan hay-küyü şərh etdib.
…Yəqin ki, mən hardasa buna layiq idim, amma mən özümü belə hesab etmirəm və mənim həyatımın təfərrüatlarını bilən yaxınlarım da məni belə hesab etmirlər.
…Və indi də Alsu çıxış edib. Qadağan olunmuş Instagram sosial şəbəkəsindəki rəsmi səhifəsində o, aşağıdakı qeydi dərc edib: “Rəbbin sinədə olanı bilir” (Quran, 28:69) deyən münafiqlərə təəccüb edirəm! Bilən başa düşər”.
İnternet istifadəçiləri əmindirlər ki, bu, Anastasiya Reşetovanın sözlərinə birbaşa cavabdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə