Colinin qızı valideynlərini barışdırmağa çalışır

May ayında 18 yaşını qeeyd edəcək olan Bred Pitt və Ancelina Colinin qızı Şiloh bu münasibətlə valideynlərini barışmağa çağırıb. SİA xəbər verir ki, xarici mətbuatda Şirohun artıq valideynlərinin davasından bezdiyi və onlara xərdarlıq etdiyi barədə dedi-qodular yer alıb. Mənbəənin məlumatına görə tez-tez münaqişə yaşayan cütlüyün bu münasibətindən narazı olan Şiloh valideynlərindən bunlara son qoymağı, oun xətrina barışmağı xahiş edib.

Daha əvvəl məlum olmuşdu ki, Şiloh yetkinlik yaşına çatdıqdan sonra atasının yanına köçmək niyyətindədir. Bu yaxınlarda məlum olub ki, Pitt uşaqlara birgə nəzarət etməyi dayandırıb. Buna səbəb onun Coli ilə olan övladlarından üçünün artıq 18 yaşdan yuxarı olmasıdır. Pittin onlarla gərgin münasibəti var.

Bütün xəbərlər Facebook səhifəmizdə