"Selena" serialı ekranlara qayıdır

2006-2009-cu illərdə "ATV" telekanalında yayımlanan "Selena" serialı ekranlara qayıdır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya tarixində bir müddət iz qoyan "Selena" serialının musiqili filmə uyğunlaşdırılması üçün hazırlıqlar başlayıb. Bunun üçün serialın baş rol ifaçısı olan Sinem Kobala təklif göndərildiyi də iddia edilib.

İki uşaq anası olan Kobalın layihəni qəbul edib-etməyəcəyi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə