Son halı sevənlərini üzdü - FOTOLAR

2003-cü ildə qatıldığı "Miss Türkiyə" yarışmasında ikinci olan və daha sonra podiumların axtarılan simaları arasında olmağı bacaran Özgə Ulusoyun son halı sosial medianın gündəminə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Özgə Ulusoyun sifətindəki dəyişiklik izləyicilərinin diqqətindən yayınmayıb.

Özgə Ulusoy bir müddət əvvəl gözəllik mərkəzinə gedərək oradan paylaşımlar edib. Dəyişikliyi ilə bağlı "İndiyə kimi üzümə bıçaq dəyməyib. Mən ancaq botoks və dolğu etdirirəm" deyən Özgə Ulusoy son aylarda plastik əməliyyat etdirdiyini açıqlayıb.

Bu yaxınlarda atasını yol qəzasında itirən Ulusoy son dərəcə zəifləyib. Uzun illər modellik edən və hazırda aparıcılıq fəaliyyəti göstərən Özgə Ulusoyun son paylaşımı sosial medianı ikiyə ayırıb. Modelin son halına üzülən izləyiciləri ondan estetik əməliyyatdan imtina etməsini istəyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə