Ancelina Coli öz geyim və zərgərlik brendini yaradır

Amerikalı aktrisa Ancelina Coli öz geyim və zərgərlik brendini yaradır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı aktrisa “Atelier Jolie” ticarət nişanı üçün müraciət edib.

“Angelina artıq bir ildən artıqdır ki, bu layihə üzərində işləyir və yeni işini davam etdirə bilməsi üçün ticarət nişanının təsdiqlənməsini səbirsizliklə gözləyir. Brend sifarişlə hazırlanmış zərgərlikdən tutmuş dərziliyə qədər hər şeyi əhatə edəcək”, - deyə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə