Məşhur xarici simalar Avril Lavin və Mod Sanın münasibətlərinə son qoyduğu bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ilin aprelində nişanlanan iki musiqi ulduzu ayrılıb.

Xatırladaq ki, Avril Modla studiyada tanış olduqlarını söyləmişdi. 2021-ci ilin fevralında onların cütlük olmaları haqda şayiələr ictimai yerlərdə birlikdə göründükdən sonra yayılmağa başlayıb Sevgililər günündə isə əl-ələ tutaraq və ictimaiyyət arasında öpüşərək münasibətlərini təsdiqləyiblər.

Təəssüf ki, münasibətlər sona çatıb və Avril bir gecədə başqa bir musiqi ulduzu ilə qucaqlaşarkən görüntülənib.

Bütün xəbərlər Facebook səhifəmizdə