Lopes gənc qalmasının sirrini açdı

Lopes gənc qalmasının sirrini açdı

Amerikalı aktrisa və pop müğənnisi Cennifer Lopes "Vogue" moda jurnalına müsahibəsində gənc görünməyin sirlərini açıqlayıb. SİA xəbər verir ki, material nəşrin saytında dərc olunub.

53 yaşlı məşhur gənc qalmasına kömək edən dəriyə qulluq detallarını paylaşıb. Müğənni ilk növbədə oxucuları psixi vəziyyətlə məşğul olmağa çağırıb, çünki bu, zahiri görkəmə birbaşa təsir edir.

“Dünyadakı bütün kosmetik vasitələrdən istifadə edə bilərsiniz, amma bədbəxtsinizsə, dəriniz pis vəziyyətdə olacaq. Hisslərinizi gizlədə bilməzsiniz”, - deyə o bildirib.

Eyni zamanda, Lopes hər gün üzün yuyulması üçün köpüklə təmizlənməsini, həmçinin nəmləndirici serum və günəşdən qoruyan SPF-30 ilə kosmetikadan istifadə etməyi tövsiyə edib.

Televiziya ulduzunun sözlərinə görə, o, şəxsi "JLo Beauty" brendinin vasitələrindən şəxsən istifadə edir. Sonda ifaçı pərəstişkarlarını kifayət qədər yatmağa çağırıb.

Xatırladaq ki, sentyabr ayında müğənni Cennifer Lopes gəncliyin daha bir sirrini paylaşmışdı. Formada qalmaq üçün pop müğənnisi bol su içir və gündə yeddi-səkkiz saat yatır. Bundan əlavə, Lopes spirtli içki qəbul etmədiyini və heç vaxt siqaret çəkmədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə