Evli olan aktyorlar uzun müddətdən sonra bir arada göründülər - FOTO

Evli olan aktyorlar uzun müddətdən sonra bir arada göründülər - FOTO

Aktyor Murad İsmayıl və aktrisa Ülviyyə Xəlilbəyova uzun müddət sonra ilk dəfə birlikdə görünüblər.

SİA xəbər verir ki, aktyorlar birlikdə "Zaurla Günaydın" proqramına qatılıblar. Uzun müddətdir ayrılıq xəbəri ilə gündəmdən düşməyən Murad və Ülviyyə ayrılmadıqlarını göstəriblər.

Qeyd edək ki, cütlüyün iki oğul övladı var. Onlar uzun müddətdir birlikdə heç bir verilişə qatılmır, foto yayımlamırdı. Ülviyyə aralarında mübahisələr olduğunu müsahibələrində etiraf etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə