Zeynəb Xanlarovadan yeni xəbər var - FOTO

Uzun zamandır ki, gözlərdən uzaq olan Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu ortaya çıxıb. SİA xəbər verir ki, stilist Rəşad Əliyev Xalq artistinin yeni görüntülərini sosial şəbəkədə hesabında izləyiciləri ilə bölüşüb.

Stilist fotoya "İnsan sevdiklərini vəsf edə bilmir: ancaq dünən, bu gün və sabah da tarixin əfsanəsini necə vəsf etməyim? SSR-i Xalq artisti, dünya şöhrətli, dünyanın Zeynəbi. Dünya da Zeynəbi çox sevir, bu, gerçəkdir. Uşaqlığımı onunla xatırlayıram. Gəncliyimin, bugünümün yeganə real varlığıdır. Düşünürəm ki, o, həyatımda olmasa, mən də yalan olaram. Allah sizə can sağlığı versin. Uzun müddətdən sonra canlı əfsanə Zeynəb Xanlarovanın yeni rəsmi", - deyə fotoya qeyd yazıb. Onu da qeyd edək ki, Xalq artisti Zeynəb Xanlarova uzun zamandır ki, efirlərdən uzaq qalır. Sənətçinin yeni görüntüsünü təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə