Hollivud ulduzunun atası vəfat edib

Hollivud ulduzu Cennifer Enistonun atası, amerikalı aktyor Con Eniston vəfat edib. SİA xəbər verir ki, bu barədə aktrisanın özü məlumat verib. Eniston sosial şəbəkədə atası üçün “Sən ən gözəl insanlardan biri idin” yazıb.

Qeyd edək ki, aktrisanın atasının əsl adı Yannis Anastasakisdir. Gələcək aktyorun ailəsi iki yaşında ikən Kritdən ABŞ-a mühacirət edib.

Mərhum televiziya seriallarındakı rolları ilə tanınıb. O, 1985-ci ildən rol aldığı “Həyatımızın günləri” serialı sayəsində populyarlıq qazanıb.

Aktyor 90 yaşında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə