Orbakaite Rusiyanı tərk etdiyini açıqlayıb

Orbakaite Rusiyanı tərk etdiyini açıqlayıb

Müğənni Kristina Orbakaite Rusiyanı tərk etdiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu sosial şəbəkələrdə pərəstişkarları ilə paylaşıb.

Daha əvvəl müğənni Moskva yaxınlığındakı Kolomnada konsert verib. Sənətçinin sözlərinə görə, bundan sonra o, Azərbaycana gedib.

“Təşəkkürlər Kolomna. Salam Bakı!”, -bunu Orbakaite yazıb.

Ulduzun konserti noyabrın 14-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Bundan sonra Kristina yenidən Rusiyaya qayıdacaq və burada müxtəlif şəhərlərdə bir neçə çıxışı olacaq.

Deyilənlərə görə, turun ilk çıxışı Blaqoveşenskdə baş tutacaq.

Onu da qeyd edək ki, bundan əvvəl Orbakaite Sovremennik Teatrının yeni mövsümündə fəaliyyətini bərpa etməyə hazır olduğunu açıqlamışdı.

Lakin indiyədək bu planları eyni tamaşada oynadığı aktyor Kirill Safonov pozaraq ailəsi ilə birlikdə İsrailə gedib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə