"Bu, ermənilərin Azərbaycan fobiya siyasətinin tərkib hissəsidir” - POLİTOLOQ İZAH ETDİ

"Ermənistan, göründüyü kimi, yenə də qəbul edilən razılaşmalara əməl etmədi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana avqustun 25-nə kimi vaxt vermişdi: "Amma yenə də onların müraciətinə, əsasən, humanistlik edərək vaxtı avqustun 25-nə kimi uzatdı. Ermənistan Azərbaycanın humanistliyindən sui-istifadə edir. Ermənistan Azərbaycan təbiətinə, meşələrinə od vuraraq yandırması birbaşa ekoloji terrordur. Bu, erməni xislətinin bariz nümunəsidir. Əlbəttə ki, Azərbaycan tərəfi bunun qarşısını almaq üçün “Qisas” əməliyyatını yenidən nəzərdən keçirməli və bu kimi təxribatların qarşısını almalıdır. Bununla bağlı Ermənistan tərəfinə beynəlxalq təşkilatlar təzyiq göstərməlidir. Ermənilər heç bir beynəlxalq konvesiyaları, əldə olunan razılaşmaları yerinə yetirmir. Bu, ermənilərin Azərbaycan fobiya siyasətinin tərkib hissəsidir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə