“Erməni vəhşiliyi demək olar ki, heç bir məhdudiyyət tanımır" - HƏRBİ EKSPERT AÇIQLADI

“Erməni vəhşiliyi demək olar ki, heç bir məhdudiyyət tanımır. Torpaqlarımız istər işğal altında olarkən, istərsə də işğaldan azad olduğu zaman erməni vəhşiliyi ilə qarşılaşıb. Siyasi arenada iyrənc hərəkətlər etmişdir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, ermənilərin törətdiyi vəhşiliyin biz şahidiyik: "Heç bir tikinti, ev, qəbiristanlıq qalmayıb. Hamısını məhv ediblər. Düşünürəm ki, belə bir vəhşiliklə bəşəriyyət indiyə kimi qarşılaşmayıb. Təəssüflər olsun ki, dünya buna susur. Son 100 ilin tarixinə nəzər salsaq görərik ki, belə bir ikinci vandalizm hadisəsi baş verməyib. İndi də ermənilər bu vəhşilikləri torpaqlarımızda törətməyə davam edir. Hazırda Laçın rayonu üçtərəfli bəyannamə əsasında Azərbaycana qaytarılıb və buradakı ermələrin əraziləri tərk edərkən yandırmasının yalnız bir mənası ola bilər. Bu, bir daha onların insanlıqla əlaqəsi olmayan duyğulara sahib olduğunu göstərir. Düşünürəm ki, gələcək nəsil ermənilər yenə də Azərbaycan xalqının humanistliyindən, yaxşı niyyətindən sui-istifadə etməyə çalışacaqlar. Azərbaycan xalqı bu vandalizm aktını unutmamalıdır və gələcək nəsillərə unutdurmamalıdır. Gələcək nəsil də bilməlidir ki, onların gələcək nəsillərinə də bir ümid etməsinlər.
Düşünürəm ki, Rusiyanın Azərbaycan ərazisinə yerləşdirilən sülhməramlı qüvvələrinin də fəaliyyətsizliyi göz qabağındadır. Torpaqlarımızdakı evləri yandırmaq kimin xeyrinədir? Hesab edirəm ki, rus sülhməramlıları erməlilərə belə bir məhdudiyyət qoymalıdır. Əgər ermənilər buradan köçürsə, bu ərazilərə ziyan vurmamalıdır. Azərbaycan dövləti ermənilərə təklif irəli sürüb ki, Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib yaşaya bilərlər. Lakin onlar bu qərara müsbət baxmadıqları kimi, tərk etdikləri əraziləri də yandırırlar. Azərbaycanın müvafiq dövlət orqanları məsələni lazımi şəkildə həll etməlidirlər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə