Ermənistanda müxalifət daha çox arqumentasiya toplayır ki,.. - POLİTOLOQ AÇIQLADI

"Ermənistan müxalifəti hər gün İrəvanda mitinqlər həyata keçirirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, hətta metroda da mitinqlərin keçirilməsi ilə bağlı müxtəlif epizodlar sosial şəbəkələrdə paylaşılır: "Bütün bunlar onu göstərir ki, Ermənistanda müxalifət hər nə olursa olsun ictimai asayişi pozmağa, nəqliyyatın hərəkətini məhdudlaşdırmağa və öz siyasi ambisiyalarına çatmaqda maraqlıdırlar. Təbii ki, bu da sülh prosesinə mənfi təsir göstərən amildir. Ermənistanın hazırki siyasi iqtidarı bu vəziyyətdən maksimum dərəcədə öz xeyrinə istifadə etməyə çalışsa da, buna müəssər ola bilmir. Çünki may ayının 22-də Brüsseldə keçirilmiş görüşd mühüm siyasi razılıqlar əldə olunub. Avropa İttifaqı bununla göstərdi ki, Ermənistanın daxilində olan vəziyyətin sülh prosesinə təsir imkanları minimal səviyyədə olmalıdır. Avropa İttifaqı qarşısına qoyduğu məqsədlərə çatmaqda qətiyyətlidir. Brüssel görüşündən sonra da radikal müxalifətçilər Ermənistanın Xarici İşlər Nazirliyinin binasına irəliləyərək burada müxtəlif şüarlar səsləndirirdilər. Təbii ki, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı olan dövlətlərin olması ilə bağlı fikirlər güclənməkdədir. Ermənistanda müxalifət daha çox arqumentasiya toplayır ki, siyasi iqtidara qarşı müqavimət hərəkatını gücləndirsin".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə