Rusiya və Ukranya münasibətləri Azərbaycana da təsir edəcək -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya ilə Ukrayna arasında münasibətlər kifayət qədər gərgindi. Hər iki tərəf sürətlə silahlanır və bölgəyə güclü texnikanı cəlb edirlər. Bunların hər biri müharibə riskini artırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi öz müttəfiqi olan ABŞ və Qərbin həm siyasi, həm də hərbi dəstəyinə arxalanaraq silahlanma prosesini gücləndirir: “Həmçinin Ukrayna bölgəsinə texnikanın gətirilməsi prosesini həyata keçirir, həmçinin də qərbdən təcrübəli hərbiçilərin təlimatını keçmək üçün bir sıra dəstəklər alır. Rusiya tərəfi bunların hər birinə adekvat cavab verir. Bir sadə qığılcım bu müharibənin başlamasına səbəb ola bilər. Ukrayna prezidenti Vladimir Zelenski “Biz Qərbdəki tərəfdaşlarımıza arxalanırıq” kimi mesajlardan istifadə etmişdi. Tərəflər bir-birini qarşılıqlı sürətdə ittiham edirlər. Ukranyanın Cənub şərqində xüsusilə də Donbask və Vulansk bölgələrdində gərginlik müşahidə olunur. Əhalinin özü də nagüman şəraitdə yaşayır. Ukranyanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində qüvvələrin, Rusiyanı dəstəkləyən separatçı qüvvələrin və eyni zamanda Qərbin Ukrayna üzərində digər maraqları var. ABŞ ilə Rusiya, NATO ilə Rusiya arasında keçirilmiş danışıqların əsas predmeti Ukraynadı. Təəssüflər olsun ki, danışıqlar nəticəsində yekun rəy müəyyənləşməyib.

Rusiyanın əsas tələbi 1997-ci ildən bəri NATO-nun Şərqə doğru irəliləməsi prosesinin dayandırılmasıdı. Rusiya Mərkəzi Asiyada, Şərqi Avropada, Cənubi Qafqazda möhkəmlənmək istiqamətini əsas götürüb. Təbii ki, Azərbaycana da Rusiya və Ukraniya arasında olan müharibə təsir edə bilər. Ona görə ki, postsovet məkanında bu və ya digər formada proseslər üzvü sürətdə bir-biri ilə bağlılıq təşkil edir. Bu xüsusda gərginliyin aşağı salınması bizim regionumuz üçün çox önəmlidir. Müharibə heç bir xalq üçün çıxış yolu deyil. Müharibə böyük fəlakətlər, miqrant axını, aclıq və digər sosial infrastruktur problemləri ilə nəticələnə bilər. Təbii ki, Rusiya Avropa dövlətləri arasında özü üçün tərəfdaş axtarır. Bu ehtimallar müharibə riskini daha da gücləndirir. Ona görə də tez bir sürətdə diplomatik siyasi müstəvidə məsələnin həll olunması bütün maraqları olan dövlətlərin düşüncəsində olmalı və tərəflər ümumi nəticəyə gəlməlidilər ki, münaqişələr yaşanmasın".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə