Paşinyanın əsas hədəfi Ermənistanın prezidenti olmaqdır - MÜNASİBƏT BİLDİRİLDİ

"Ötən ilin sonlarında verdiyim şərhlərdə Armen Sarkisyanın yeni ilin ilk aylarında istefa vermək ehtimallarını proqnozlaşdırırdım. Bunun bir sıra səbəbləri var idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, nəzərə alaq ki, Ermənistanda Sarkisyan seçilən gündən bu günə qədər onunla hökumət arasında çox ciddi qarşıdurmalar yaşanmışdır: "Bu qarşıdurma təkcə baş nazirlə prezident arasında deyil, nazirin müavinləri, nazirlər kabinetində təmsil olunan məmurlarla aşıq şəkildə gedirdi. Digər tərəfdən bilirsiniz ki, hal-hazırda Ermənistanda prezidentlik institunun o qədər güclü səlahiyyətləri mövcud deyil və baxmayaraq ki, Sarkisyan son 10 gün ərzində ərəb ölkələrinə qarşı səfərlər həyata keçirdi, bir qədər siyasi aktivlik göstərməyə çalışdı, amma faktiki olaraq proseslərdə prezidentin heç bir rolu yoxdur.

Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar gedir. Faktiki olaraq Sarkisyan proseslərin heç birində yer almır. Sarkisyan proqnozlaşdırır ki, Ermənistanın iqtisadi-siyasi gələcəyi ilə bağlı ölkədə çox ciddi problemlər var və ona görə bu xaotik gələcək fonunda adının hallanmağını istəmir. Ermənistanın bu rəzil tarixində öz adının hallanmaması üçün ölkədən qaçmaq yolunu seçdi və prezidentlik kürsüsünü tərk etdi. Baxmayaraq ki, Nikol Paşinyan “feysbuk” vasitəsilə etdiyi canlı yayında baş nazirlik institutunun gücləndirilməsinin doğru olduğunu vurğulayıb.

Düşünürəm ki, Paşinyanın yaxın hədəflərindən biri ölkədə referendum keçirməkdir. Çünki Paşinyan komandasına daxil olan iqtidar deputatları parlamentdə dəfələrlə bu məsələni qaldırıblar ki, bəs referendum olsun konstitusiya dəyişsin və prezidentin səlahiyyətləri gücləndirilsin. Sarkisyan çox yaxşı başa düşür ki, Paşinyanın əsas hədəfi növbəti dəfə baş nazir yox Ermənistanın prezidenti olmaqdır. Həm də Paşinyan hal-hazırda sarkisyanın olduğu vəziyyətdən daha güclü bir vəziyyətdədir. Düşünürəm ki, bu 3 faktor istefanı şərtləndirən əsas amillər oldu”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...