1307 nəfərə Amnistiya aktı tətbiq edilib

“Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabrdan 3 dekabra qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə amnistiya aktı tətbiq edilib”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.

O bildirib ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib: “Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır. Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilmiş məhkumlardır.

Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılmış, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb”.

Qeyd edək ki, 5 noyabr tarixində qüvvəyə minmiş amnistiya aktının icrası dörd ay müddətində təmin edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...