Quba rayon təşkilatı şəhidlərin ailələrini ziyarət edib ANIM

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba rayonunun Səbətlər kəndindən olan Səfərov Tamerlan Cavad oğlunun Səbətlər kənd qəbiristanlığındakı məzarı və Xırt kəndindən olan Salamov Taleh Ədalət oğlunun Xırt kənd qəbirstanlığındakı məzarı ildönümləri ilə əlaqədar ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub. Həmçinin, şəhid ailələrini ziyarət edən rayon təşkilatı onların qayğı və problemləri ilə maraqlanıb, yaxınlarına səbr diləyib. Xatırladaq ki, şəhidimiz Səfərov Tamerlan Cavad oğlu cəbhənin Ağdərə rayonunun Talış kəndinin azad olunması uğrunda vuruşarkən düşmənin snayper gülləsinə tuş gələrək, qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Şəhid Tamerlan Səfərov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Zəfər" medalları ilə təltif olunub. Salamov Taleh Ədalət oğlu Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib, xüsusi qəhrəmanlıq göstərib. Ağdərənin Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Şəhid Taleh Salamov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...