Əli Kərimli Fuad Qəhrəmanlının qızına sahib çıxmadı MÜXALİFƏT

Cəmil Həsənli isə Sunayın onun qızını müdafiə etməsinin qarşılığı olaraq ən azından sözdə belə dəstək göstərmədi

AXCP sədri Əli Kərimlinin keçmiş müavini Fuad Qəhrəmanlının qızı Sanayla bağlı baş vermiş və özündə bir sıra arzuolunmaz halları əks etdirən, xüsusilə milli və mənəvi dəyərlərimizə sığışmayan hadisə istər-istəməz ictimailəşsə də, AXCP və “Milli Şura”dan səs çıxmadı. Yəni danışanda ağızlarına “çullu dovşanlar” yerləşməyən Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli (hərgah onun ümumiyyətlə danışmağa üzü yoxdur) və başqaları ağızlarına su alıb-susmağa üstünlük verdilər.

Məsələn, zaman-zaman qadın hüquqlarından bol-bol dəm vuran Əli Kərimli və ətrafındakı başbilənlər yığnağı Fuad Qəhrəmanlının qızına sahib çıxmadılar, onu müdafiə etmədilər. Hələ bu da azmış kimi, AXCP trolları Sanayı qınadı, anası Zümrüd Yağmuru isə təhqirləri ilə az qala linç etdilər.

Söz yox ki, cəbhəçi trollar bu hücumlarını birbaşa Əli Kərimlinin tapşırığı ilə reallaşdırıblar.

Fuad Qəhrəmanlı qızının başına gələnlərə etinasız yanaşdı

Bu barədə faktı isə “Meydan tv”yə müsahibəsində danışan Fuad Qəhrəmanlının keçmiş həyat yoldaşı, təcavüzə uğramış Sunayın anası Zümrüd Yağmur bir daha etiraf edib ki, AXCP-nin trolları ona hücumlar, təhqir, hətta zəng edib təhdid də ediblər: “Açığı belə bir ağır vəziyyətdə Fuad Qəhrəmanlının bəzənib-düzənib Emil Səlimin toyuna gedəcəyini də gözləmirdik. AXCP də sağ olmasın ki, gözləntilərimizi doğrultdu. Bizə qarşı çox iyrənc bir kampaniya apardılar... Mən həm də Cəmil Həsənliyə acıdım. Bilirsinizmi niyə? Çünki Cəmil Həsənli 16 yaşlı uşağı müdafiə etməkdə acizlik nümayiş etdirdi. Cəmil Həsənli dilinə gətirdiyi dəyərlərin arxasında dura bilmədi. Ona görə ona acıyıram”.

Zümrüd Yağmur xüsusilə diqqətə çatdırıb ki, Cəmi Həsənlinin qızının məlum videoları ictimailəşəndə o və qızı Sanay “Milli Şura” sədrinin ailəsini müdafiə edirdi. Lakin Cəmil Həsənli Sanayın məsələsində eyni mövqeyi nümayiş etdirmədi. Bu isə bir daha bu ünsürlərin kim olduğunu isbatladı və bu dəfə daha qabarıq fonda.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə