Qəbələdə Vətən Müharibəsi şəhidlərinin ildönümü qeyd edilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidləri Bayramov Coşqun Ənvər oğlu və Səfərçinov Xeyirbəy Cəlil oğlunun şəhadətə yüksəlmələrinin birinci ildönümüdür. Bu münasibətilə rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldığı məktəblərin kollektivi onların məzarını ziyarət edərək, üzərlərinə gül dəstələri düzmüş, xatirələri anılaraq, ruhlarına dualar oxunmuşdur. Hər iki şəhidin ailəsi mərasim iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir. Ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə