YAP Xətai rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

Ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını davam etdirən YAP Xətai rayon təşkilatı oktyabarın 15-də Mehdi Mehdizadə 48/2, Mehdi Mehdizadə 48/4, Yusif Səfərov 22 ərazi ilk partiya təşkilatlarında topantılarını keçirib. Hesabat-seçki yığıncaqlarında məruzələr dinlənilib, çıxışlar əsasında hesabat dövründə görülən işlərə münasibət bildirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlarda çıxış edərək Azərbaycanın uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərdən bəhs edib. Bildirib ki, hazırda ölkəmizin həyatında yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir: !"44 günlük İkinci Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində 30 ilin işğalına necə son qoyuldusa, bu gün də həmin birliyimizin sayəsində bərpa işlərini uğurla başa çatdıracağıq. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də hədəflər və onlara nail olmağın mexanizmləri öz əksini tapıb".

V.Rəhimzadə Azərbaycanın uğurlarında ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük rolu olduğunu önə çəkərək məhz postmünaqişə dövrünün reallıqları əsasında keçirilən YAP-ın VII qurultayında qəbul olunan qərarların qarşıya qoyduğu yeni vəzifələrdən bəhs edib. Vurğulayıb ki, partiyanın hər bir rayon və şəhər təşkilatı bu vəzifələrin uğurlu icrasına öz töhfələrini verməyə səy göstərir. Bu baxımdan YAP Xətai rayon təşkilatı fəaliyyətini daha da canlandıraraq, sıralarında birləşdirdiyi minlərlə üzvün birgə səyləri əsasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır.

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Xatirə Sadıqova YAP Xətai rayon təşkilatının Mehdi Mehdizadə 48/2 ərazi ilk partiya təşkilatının sədri, Samirə Səfərova sədr müavini, Səmərqənd Rzayeva Mehdi Mehdizadə 48/4 ərazi ilk partiya təşkilatının sədri, Fərhad Quliyev sədr müavini, Yeganə Cabbarlı Yusif Səfərov 22 ərazi ilk partiya təşkilatının sədri, Məryəm Rzayeva sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...