“Taliban” Əhməd Məsudun ölümünə fərman verdi SAVAŞ

“Taliban” hərəkatının Əfqanıstandakı hakimiyyəti ələ keçirən silahlıları Pəncərdə yerləşən və hərəkata qarşı silahlı müqavimət göstərən cəbhənin lideri Əhməd Məsudu qətlə yetirəcəklərini bəyan ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Əfqanıstanın Tacikistandakı səfiri Zohir Aqbar da bəyan edib.

“Taliblər heç vaxt onlarla danışıqlara getməyəcəklər, onlar (taliblər) siyasətçi deyillər, terrorçudurlar və cəmi üç il əvvəl bir çox ölkələrin siyahılarında qadağa olunmuş təşkilat kimi qeyd olunurdular”, deyə Aqbar bildirib.

“Onlar həyasız və aqressivdirlər, məqsədləri bütün Əfqanıstanı diz üstünə çökdürməkdir. Onlar Dohada irəli sürülən heç bir şətrlərlə razılaşmırlar. Onların məqsədləri müqavimət hərəkatını, xüsusilə Əhməd Məsudu məhv etməkdən ibarətdir”, deyə o bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə