Türkiyə səfirini öldürmək üçün 2 milyona qatil tutdu

Xaricdə tutularaq Türkiyəyə gətirilən FETÖ imamı Orhan İnandı ilə bağlı iddianamədə bu fikirlər yer alıb: "Mənə bir şəxsi qətlə yetirəcəyim müqabilində 2 milyon dollar verəcəyini dedi. Sui-qəsddən imtina etdiyim üçün məni həbs etdirdi".

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, MİT-in uğurlu əməliyyatı nəticəsində tutularaq Türkiyəyə gətirilən Orhan İnandı həbsxanaya göndərilib. Məlum olub ki, 10 Avqust 2018-ci ildə FETÖ-çü Orhan İnandini təşkil edilmiş iftar süfrəsində görən səfir açıq şəkildə etiraz edib ki, "Mən terrorçularla bir masada oturmaq istəmirəm". Bundan sonra İnandı Türkiyənin Bişkekdəki səfiri Cengiz Kamil Fırata qarşı sui-qəsd təşkil etməyi planlaşdırıb.

İnanlıya qarşı "silahlı terror təşkilatı qurmaq və ya ona rəhbərlik etmək" ittihamı irəli sürülüb. İddianamədəki ifadədə Cengiz Kamil Fırata sui-qəsd üçün ona M.Y. adlı qatilə 2 milyon dollar təklif edib və ona "Glock" markalı silah verib. M.Y. ifadəsində bildirib ki, sui-qəsdi 2 milyon dollar müqabilində törədəcəkmiş. Pulun 500 min dolları nağd şəkildə və 1,5 milyon dollar isə xaricə gedəndən sonra veriləcəkmiş.

M.Y. pul təklifindən sonra ona verilən "Glock" markalı silahla Bişkek səfirliyinə iki dəfə girdiyini, türk olduğu üçün üstünün axtarılmadığını deyib. Əlavə edib ki, onu sui-qəsd üçün göndərən şəxslərin bayırda gözləyib, amma qətli törətmədiyi üçün İnandı və ətrafı tərəfindən əsassız ittihamlarla (rüşvət aldığına görə) Qırğızıstanda həbsxanaya göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə