Azərbaycan və Rusiya regiondakı sabitliyi təmin etmək üçün tam mənada anlaşıblar ANALİTİKA+ŞƏRH

Rizvan Hüseynov: “Ölkələrimizin müstəqilliyinin son 30 ilində bu qədər qarşılıqlı etimad və yaxın münasibətlər olmamışdı”

Məlum olduğu kimi, iyulun 20-də Kremldə Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət başçıları Vladimir Putinlə İlham Əliyevin görüşü keçirildi. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində ölkə başçıları iqtisadi əməkdaşlıq, koronavirusla mübarizə, vaksinlərin birgə istehsalı, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparıblar. O cümlədən, Putin azərbaycanlı həmkarını Qurban bayramı münasibəti ilə də təbrik edib.

Prezidentlərin görüşləri və əldə eidlən razılıqlar bu gün də siyasi ekspertlərin, politoloqların müxtəlif rəyləri ilə təhlil edilir, maraqlı nəticələrə gəlinir.

“44 günlük müharibənin nəticələri əsasında münaqişənin həll olunması Azərbaycan-Rusiya münasibətlərini daha yüksək səviyyəyə qaldırdı”.

Azərbaycanın rolu nəinki Cənubi Qafqazda, eləcə də qonşu regionlarda həlledici olmaqdadır

SİA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və insan hüquqları İnstitunun baş elmi əməkdaşı, Qafqaz tarixi Mərkəzinin direktoru, politoloq Rizvan Hüseynov “Ceyran Media” press-klubu ilə söhbətində bildirib.

“Qarşıda çox mühüm energetika, tranzit və logistik layihələr dayanıb və onlar bizim regionu Rusiya (Ermənistan və Türkiyə üzərindən), Avropa, İran, Mərkəzi Asiya (Xəzəryanı region üzərindən), Çin ilə bağlayacaq. Belə bir nəhəng logistik marşrut Azərbaycanda kəsişəcək. Bakı əhəmiyyətli enerji, tranzit və iqtisasiyyat mərkəzinə çevrilməkdədir. Azərbaycanın rolu nəinki Cənubi Qafqazda, eləcə də qonşu regionlarda həlledici olmaqdadır. Belə layihələrdə Rusiyanın rolu ayrılmazdır. Biz bilirik ki, rus sülhməramlıları Qarabağın ermənilər yaşadığı yerlərində sülhü və sabitliyi təmin edirlər. Söz yox ki, Azərbaycan və Rusiya prezidentlərinin sonuncu görüşü regionda təhlükəsizliyin təmin olunması, logistik, tranzit və nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması üçün tam qarşılıqlı anlaşmanı sərgiləyib. Bütün hallarda bu qarşılıqlı anlaşma Azərbaycanın regiondakı həlledici rolunu qəbul etdirir və Rusiya tərəfindən dəstəyini göstərir, baxmayaraq ki, Avropa ittifaqına üzv olan bəzi ölkələri bu yaxınlarda situasiyanı destabilləşdirmək cəhdlərinə əl atırdılar. Bu cəhdlər uğur qazanmır. Azərbaycan və Rusiya regiondakı sabitliyi təmin etmək üçün tam mənada anlaşıblar”, Rizvan Hüseynov bildirib.

Azərbaycanla Rusiyanın birgə fəaliyyətləri Cənubi Qafqazdakı güclərin quruluşunu və situasiyanı pozitiv tərəfə dəyişib

O, eyni zamanda bildirib ki, qarşıda bizi istər Azərbaycan ərazisində, istərsə də Ermənistan ərazisində blokadadan çıxarılacaq ciddi layihələr gözləyir. Onların investisiyalaşdırması və tikintisi, realizə olunması Bakının çiyinlərindədir və burada da Rusiyanın çox mühüm rolu var. Yəni Azərbaycanla Rusiyanın birgə fəaliyyətləri Cənubi Qafqazdakı güclərin quruluşunu və situasiyanı pozitiv tərəfə dəyişib. “Ümid edirik ki, bu, bütün regiona, həmçinin erməni xalqına sülh, sabitlik və çiçəklənmə gətirəcək”, ekseprt bildirib.

Rizvan Hüseynov qeyd edib ki, Əliyev Moskvada Rusiya liderinə Qarabağ ətrafındakı situasiyaya daimi diqqət göstərməsinə, bir sıra məsələlərin həllindəki şəxsi iştirakına görə təşəkkürünü bildirib. Belə ki, Azərbaycan postmünaqişə dövrünün maksimal şəkildə ağrısız keçməsində qəraralıdır. İlham Əliyevin fikrincə, bu, yalnız birgə səylər nəticəsində mümkündür.

Hüseynovun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox mühüm və maraqlı mərhələdədir.

İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı partnyordur və onun sözü imzalanmış kağızdan da əhəmiyyətlidir

“Ölkələrimizin müstəqilliyinin son 30 ilində bu qədər qarşılıqlı etimad və yaxın münasibətlər olmamışdı. Biz strateji partnyorlarıq və ölkələrimiz arasında yaşanmış bütün problemlər tədricən tarixdə qalır. Putinin 20 ildən artıq dövlət idarəçiliyi müddətində situasiyanın dəyişməsi üçün az səylər göstərilməyib: bizim regionun, erməni-azərbaycanlı münaqişəsinin və bütövlükdə Cənubi Qafqazda geosiyasi münasibətlərin dəyişdirilməsi və s. Xüsusilə qeyd etmək lazımdır ki, burada Prezident İlham Əliyevin nəhəng fəaliyyəti də mövcuddur. O, sübut etdi ki, Azərbaycan etibarlı partnyordur və onun sözü imzalanmış kağızdan da əhəmiyyətlidir. Eyni zamanda, çətin ki, başqa hər-hansı postsovet ölkəsində Azərbaycanda olduğu kimi rus kimliyinə, mədəniyyətinə və dilinə belə bir hörmətli münasibət mövcuddur”, politoloq deyib.

Onun sözlərinə görə, İlham Əliyev ikitərəfli görüş çərçivəsində həmçinin xatırladıb ki, artıq 30 mindən çox azərbaycanı tələbə Rusiyanın elm məkanında, rus dilində təhsil alırlar: 15 minə yaxın azərbaycanlı tələbə Rusiya ali təhsil müəssisələrindədir, 16 mini isə Azərbaycanda rus dili şöbələrində, minə yaxını isə Rusiya ali təhsil müəssisələrinin Azərbaycandakı filiallarında – Moskva Dövlət Universiteti və Seçenov adına Tibb universitetində təhsil almaqdadırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə