Ermənilərin AŞPA hay-şivəni: perspektivsizlik!

Təbii ki, Ermənistanın hərbi cinayətlərinin tam şəkildə açılması faktı icra olunmayacağı günə qədər postmünaqişə dövründə hər hansı bir humanitar qərarların verilməyəcəyini də demək mümkündür

Strasburqda, AŞPA-nın yay sessiyasında erməni nümayəndə heyəti adıçəkilən strukturu növbəti dəfə Azərbaycan əleyhinə qərarlar qəbul etmək üçün cəhdlər göstərib. Artıq neçənci dəfədir ki, Naira Zoqrabyan, Edmin Marukyan və başqa xəstə təfəkkürlü erməni deputatları “yüzlərlə erməni hərbi əsirlərinin” guya Azərbaycanda saxlanılmaları, eləcə də onlardan “19 nəfərinin vəhşicəsinə qətlə yetirilməsi”, həmçinin Bakıda tətbiq edilən “cinayətlər” barədə saxta mövzuları gündəmdə saxlamağa çalışırlar. Üstəlik, “cəza” üçün Azərbaycan dövlətinə və rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsini tələb olaraq irəli sürürlər.

Məhz bu mənada Ermənistan Azərbaycanı qaralamaq niyyətindən əl çəkmək maraqlarına son qoymur, özü də Avropa və dünya ictimaiyyətinin gözləri qarşısında. Bir sözlə, onlara lazım olan yeganə məqsəd Bakıya qarşı təsir və təzyiqləri artırmaqdır. Amma buna nail ola bilirlərmi?

Belə addımlar Ermənistanda heç bir dividendlər gətirmir

Lakin erməni nümayəndə heyətinin yalan, böhtan xarakterində qaldırdıqları səs-küylər onların istədikləri nəticələri vermir və İrəvana da heç bir dividendlər də gətirmir – nə qaldırılan sözügedən “məsələlər” kontekstində, nə də postmüharibə dövründə Ermənistan qarşısında dayanan həyati problemlərinin həll olunması baxımından.

Bunun ilk səbəbi isə erməni tərəfinin Azərbaycan tərəfinə qarşı qaldırdığı və “hərbi əsir” adlandırdıqları terrorçuların məhkəmə prosesləridir. Lakin Bakıda keçirilən məhkəmə prosesləri kifayət qədər sübut edir ki, Ermənistan tərəfindən “hərbi əsir” kimi təqdim edilən şəxslər üçtərəfli bəyanatından sonra ərazilərimizə daxil olaraq burada diversiya və terror hərəkətlərini icra etməyə, ağır cinayətlər törətməyə cəhd göstərənlər və Azərbaycanın müvafiq güc strukturları tərəfindən saxlanılaraq zərərsizləşdirilənlərdirlər.

Azərbaycan 1991-1994-cü illərdə baş vermiş müharibə vaxtından başlayaraq 4 mindən çox insanının, vətəndaşının taleləri barədə bir dənə də olsun cavab ala bilməyib!

Daha bir sərsəm və heç bir həqiqət çərçivəsinə sığmayan həyasız iddialardan biri də budur ki, guya Azərbaycan tərəfi saxlanılanlardan 19 nəfərini “qətlə yetirib”. Fəqət, sözügedən iddiaya görə qarşı tərəf bir dənə də olsun fakt ortaya qoya bilmir.Onlara sadəcə boş iddia və ittiham lazımdır, fakt isə önəmli deyil...

Amma gəlin görək, AŞPA-nın sessiyasında rəsmi Bakıya qarşı çoxsaylı, məntiqsiz, əsassız və yalan-böhtan xarakterli suçlamalar yağdıran İrəvan Bakının tələb və ittihamlarıba qarşı cavab veriblərmi? Halbuki Azərbaycan 1991-1994-cü illərdə baş vermiş müharibə vaxtından başlayaraq 4 mindən çox insanının, vətəndaşının taleləri barədə bir dənə də olsun cavab ala bilməyib!

Əgər buraya erməni ordusu tərəfindən törədilmiş vəhşi cinayət hadisələrini, 30 il boyunca yürütdükləri işğalçılıq siyasətləri dövründəki talançılıqlarını, soyqırımı aktlarını da əlavə edərsək, bu zaman ittihamçı tərəfin məhz Azərbaycanın olduğunu əminliklə vurğulaya bilərik. Biz, elə də uzağa getməyərək biri uşaq, digəri yeniyetmə olaraq 12 dinc sakinin Kəlbəcərin Başlıbel kəndindəki qalıqlarının tapımasını və erməni aqressiyasının bu vəhşiliyə hələ də cavab verməməsini sübut olaraq ortaya qoya bilərik, eləcə də Xocalı, Bağanis Ayrım və s. qətliam və soyqırımları faktlarını!

Qarşıda dayanan daha bir məsələ - regionun sülhlə təmin olunması məqsədi ilə Ermənistanda olan minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi

Təbii ki, Ermənistanın hərbi cinayətlərinin tam şəkildə açılması faktı icra olunmayacağı gündə qədər postmünaqişə dövründə hər hansı bir humanitar qərarların verilməyəcəyini də demək mümkündür. Və əlbəttə ki, qarşıda dayanan daha bir məsələ - regionun sülhlə təmin olunması məqsədi ilə Ermənistanda olan minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi.

Bütün bunlardan nəticə çıxararaq Ermənistanın AŞPA-da haray-həşir salan deputatları yaxşı olardı ki, özlərini belə bir rüsvayçı vəziyyətlərdən çıxarıb konstruktivlik məcrasına tərəf köklənsinlər. Çünki müvafiq strukturlarda anti-Azərbaycan sanksiyalarının verilməsi tələblərini önə sürmək onlara ümumiyyətlə, heç bir perspektiv vəd etmir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə